Donetsk vilayətinin hərbi rəhbərliyi Report İA və Baku TV-nin əməkdaşını təltif edib

2025-ci ilin 1 oktyabr tarixində Donetsk vilayətinin hərbi rəhbərliyi "Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyinin və "Baku TV" televiziya kanalının Şərqi Avropa bürosunun əməkdaşı olan Mübariz Aslanovu döş nişanı ilə təltif edib.
"Donetsk vilayəti" fəxri döş nişanını Donetsk vilayəti hərbi administrasiyanın rəhbəri general Vadim Flaşkin təqdim edib.
Döş nişanı müxtəlif sahələrdə çalışan şəxslərə Donetsk vilayəti ilə dostluğa görə verilib.