Media Akademiya
“Global Media Group” tərkibində yaradılmış “Media Akademiya” media sahəsində peşəkar kadrların hazırlanmasını hədəfləyən ixtisaslaşmış tədris platformasıdır. Akademiyanın əsas məqsədi gəncləri və karyerasını media sahəsində qurmaq istəyən şəxsləri müasir medianın tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməkdir və fəaliyyətini üç əsas məktəb üzərindən həyata keçirir:
- Baku TV Rəqəmsal Media Məktəbi
Video çəkiliş, montaj, aparıcılıq və sosial media sahələrində nəzəri və praktiki bacarıqların inkişafı üçün nəzərdə tutulmuş təlim proqramı;
- Report Media Məktəbi
Xəbər istehsalı, araşdırma jurnalistikası, müsahibə texnikası və sosial media strategiyası üzrə ixtisaslaşmış peşəkar jurnalistika təlimləri;
- Peşəkar Media Məktəbi
Xəbər istehsalı, süni intellekt və SEO, fotojurnalistika, ictimaiyyətlə əlaqələr və kommunikasiya, sosial bacarıqlar, mediada SMM üzrə peşəkar təlimlər.
Hər bir məktəb tələbələrə peşəkar mütəxəssislərlə birbaşa təcrübə və məzun olduqdan sonra işə qəbul imkanı yaradır.
►Təcrübə imkanları: [email protected]
Peşəkar Media Məktəbi
Gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən və media sahəsini dərindən öyrənərək peşəkar biliklərə yiyələnmək istəyən ali təhsilli, 3-4-cü kurs tələbələrini Peşəkar Media Məktəbi sosial layihəsinə qoşulmağa dəvət edirik. 4 ay davam edəcək nəzəri və praktiki təlimlər tamamilə ödənişsizdir və təlimin sonunda hər kəs sertifikatla təltif olunacaqdır. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Global Media Group-a daxil olan qurumlarda işlə təmin olunma şansını əldə edə bilərlər.
Təlimlər əsasən aşağıdakı istiqamətlərdə aparılacaq:
1. Jurnalistikanın əsasları
2. Xəbərin axtarışı, hazırlanması, xəbər yükünün təyin edilməsi
3. Xəbərin yalan və ya doğru olmasının aşkarlanması
4. Dezinformasiyaya qarşı mübarizə
5. Mediada informasiya texnologiyaları bacarıqları
6. Sosial bacarıqların inkişafı
7. İctimaiyyətlə əlaqələr
8. Mediada SMM
9. Fotojurnalistika
Report Media Məktəbi
Media sahəsində karyera qurmaq istəyənlər Report İnformasiya Agentliyinin təşkil etdiyi “Media Məktəbi”nə müraciət edə bilərlər.
2.5 ay davam edən təlimin məzmununa nələr daxildir?
- Xəbər yazma və redaktə etmə;
- İnteraktiv media məzmunlarının yaradılması;
- Məlumat toplama və araşdırma metodları;
- Müsahibə götürmək və idarə etmək;
- Jurnalist etikası və hüquqları;
- Sosial mediada uğurlu strategiyalar
Qeyd edək ki, Report Media Məktəbini bitirən məzunlar artıq ölkənin bir sıra aparıcı KİV-lərində uğurla çalışırlar.