Zakir Həsənov Global Media Group-a daxil olan şirkətlərin bir qrup əməkdaşını təltif edib

27 avqust 2025-ci il tarixində “Global Media Group”a daxil olan “Oxu.az” xəbər portalı, “Report” İnformasiya Agentliyi, “Photostock” fotobankı və “Baku TV” televiziya kanalının əməkdaşları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə təltif ediliblər.
Təltiflər Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov tərəfindən təqdim olunub.
Təltif olunan əməkdaşlar:
— “Photostock” – Tapdıq Abdullayev, Rüfət Mikayılov;
— “Oxu.az” – Mərahim Nəsib;
— “Baku TV” – Nərmin Muradova, Həzrət Bayramlı;
“Report” İnformasiya Agentliyi – Nəcməddin Quluzadə, Vüqar Xanlarov, Səlcuq Elçin.