Global Media Group-un əməkdaşları “Bakı Marafonu – 2025”də iştirak etdilər
“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları 2025-ci il mayın 4-də keçirilən ənənəvi “Bakı Marafonu – 2025”də fəal iştirak ediblər. “Küləyə qalib gəl!” şüarı altında səkkizinci dəfə təşkil olunan marafon sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstək məqsədi daşıyır.
“Global Media Group” yalnız qrupdaxili layihələrlə kifayətlənməyərək, ölkədə keçirilən ictimai əhəmiyyətli tədbirlərdə də daim aktiv iştirak edir. Bu baxımdan, Bakı Marafonunda iştirak həm kollektiv ruhunun gücləndirilməsi, həm də sosial məsuliyyətin təzahürüdür.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan marafon 21 kilometrlik məsafəni əhatə edib. Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanında yerləşən tədbirdə 28 minədək şəxs qeydiayyatdan keçib. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilər və turistlər də böyük maraq göstəriblər.
“Global Media Group” haqqında:
“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.