Global Media Group-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşlarının övladları 1 iyun 2024-cü il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ofisdə təşkil olunan tədbirə dəvət olunublar.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqram təqdim olunub, müxtəlif oyunlar və musiqili fəaliyyətlər təşkil edilib. Onlar valideynlərinin iş mühiti ilə tanış olub, gündəlik fəaliyyət və məsuliyyətlər barədə məlumat əldə ediblər. Tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.