Global Media Group-un nümayəndəsi media sahəsində karyera imkanları ilə bağlı çıxış edib
“Global Media Group”un İnsan Resursları Departamentinin rəhbəri Səadət İsmayılova Medianın İnkişafı Agentliyi və “Azerconnect Group”un 12 iyul 2025-ci il tarixində təşkil etdiyi “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı tədbirdə iştirak edib.
O, “Müasir mediada gənclər üçün karyera imkanları” mövzusunda təqdimatla çıxış edərək media sahəsində peşəkar inkişaf, əmək bazarının tələbləri və mövcud çağırışlar barədə məlumat verib. Çıxış zamanı gənclər üçün praktik tövsiyələr səsləndirilib və media sektorunda uğurlu karyera qurmaq üçün zəruri bacarıqlar diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik tarixi kontekstində gənclərin media sahəsinin inkişafında rolu vurğulanıb.