Global Media Group ADA Universitetinin Karyera Sərgisində iştirak edib

“Global Media Group” ADA Universitetində 2 may 2025-ci il tarixində keçirilən 13-cü Karyera Sərgisində təmsil olunub.
Sərginin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqə qurmasına şərait yaradılmasıdır.
Tədbir çərçivəsində iştirakçılara “Global Media Group” daxilində mövcud vakansiyalar barədə məlumat verilib. Eyni zamanda, Qrupun nəzdində fəaliyyət göstərən “Media Akademiya”nın təlim proqramları və müraciət imkanları barədə suallar cavablandırılıb.