Global Media Group NARGIS Nəşriyyat Evinin təşkil etdiyi “Winter in Azerbaijan” sərgisinin media tərəfdaşıdır
“Global Media Group” “NARGIS” Nəşriyyat Evinin təşkil etdiyi “Winter in Azerbaijan” sərgisinin media tərəfdaşı qismində çıxış edir.
Yeni il mövsümünə həsr olunan sərgi “Port Baku Mall”da təşkil olunub və ənənəvi “Gingerbread City” layihəsi çərçivəsində təqdim edilir. Bu ilki konsepsiya Azərbaycan bayrağındakı aypara və səkkizguşəli ulduz elementlərindən ilhamlanaraq hazırlanıb.
Sərgidə Bakı şəhərinin memarlıq abidələri və milli-mədəni irs nümunələri miniatür formatda nümayiş olunur. Kompozisiyalar Azərbaycanın peşəkar şirniyyatçıları və memarları tərəfindən hazırlanıb.
“Global Media Group” media tərəfdaşı kimi sərginin informasiya dəstəyini təmin edir. Sərgi 2025-ci ilin 1 dekabrından 2026-cı ilin 15 yanvar tarixinədək davam edəcək. Giriş ödənişsizdir.
“Global Media Group” haqqında:
“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.