Global Media Group qanvermə aksiyasına qoşulub
“Global Media Group” sosial layihələrin həyata keçirilməsini korporativ sosial məsuliyyət siyasətimizin əsas istiqamətlərindən biri hesab edirik. Bu yanaşma çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına dəstək olaraq təşkil olunan könüllü qanvermə aksiyasına qoşulmuşuq.
2025-ci ilin 26 dekabr tarixində keçirilən aksiya çərçivəsində “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları könüllü şəkildə qan verərək ehtiyacı olan insanlara dəstək olublar. Aksiyanın məqsədi qan ehtiyatlarının artırılmasına dəstək olmaq, sağlam həyat tərzini təşviq etmək və cəmiyyətdə humanitar dəyərlərin gücləndirilməsinə töhfə verməkdir.
“Global Media Group”un əməkdaşları aksiyada böyük həvəslə iştirak edərək sosial məsuliyyət nümunəsi göstəriblər. Bu təşəbbüs şirkətin yalnız media fəaliyyətləri ilə deyil, həm də cəmiyyətin rifahına töhfə verən layihələrlə də önə çıxmasını göstərir.
“Global Media Group” bu kimi sosial və humanitar təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır və cəmiyyətin ehtiyaclarına həssas yanaşmağa davam edəcək.
“Global Media Group” haqqında:
“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.