Global Media Group-un əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Global Media Group”un əməkdaşı Elvin Soldatov 9-10 may 2025-ci il tarixində “Heydər zirvəsi”nə yürüş edib.
Yürüş Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə bələdçilərin müşayiəti ilə həyata keçirilib. Zirvəyə qalxış təxminən 3,5 saat davam edib.