Global Media Group yanğın təhlükəsizliyi üzrə praktiki təlim keçirib

9 fevral 2026-cı il tarixində “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları üçün Protokol və Əməyin Təhlükəsizliyi Departamentinin eləcə də Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə ilkin yanğınsöndürmə vasitələrindən istifadə üzrə praktiki təlim təşkil olunub.
Təlim çərçivəsində əməkdaşlara yanğın zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin növləri və onlardan təhlükəsiz istifadə qaydaları praktiki şəkildə izah olunub.