Global Media Group Beynəlxalq Sahilyanı Təmizlik Günündə iştirak etdi
“Global Media Group” və onun tərkibində fəaliyyət göstərən şirkətlər – “Global Management” autsorsinq şirkəti, “Oxu.Az”, “Media.Az”, “Caliber” və “Baku.ws” xəbər portalları, “Baku TV’ televiziya kanalı, “Report” İnformasiya Agentliyi, “Kaspi” qəzetinin Azərbaycan və rus redaksiyası, “PhotoStock” fotobankı 2025-ci il sentyabrın 21-də Bilgəh çimərliyində keçirilən “Xəzəri qoruyaq” ekoloji aksiyasına qoşulub.
Aksiya dünyanın 100-dən çox ölkəsində eyni vaxtda icra olunan və su hövzələrinin tullantılardan təmizlənməsinə həsr edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Coca-Cola”nın təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlərlər Nazirliyi, özəl sektorlar, QHT-lər və könüllülərin iştirakı ilə baş tutub.
“Global Media Group” artıq ikinci dəfə bu beynəlxalq aksiyada iştirak etməklə özünün ekoloji maarifləndirmə və ətraf mühitin qorunması siyasətinə sadiqliyini nümayiş etdirir.
“İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə yalnız dövlətlərin deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə məsuliyyət qoyur. Biz media şirkətləri qrupu olaraq üzərimizə düşən maarifləndirmə missiyasını davam etdirir, həm də əməkdaşlarımızla birlikdə sahil təmizliyi aksiyasında iştirak etməklə bu çağırışa praktiki töhfə veririk” – deyə “Global Media Group”un idarə heyətinin üzvü Rövşən Nizamov bildirib.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin üzvü olan “Global Media Group” korporativ sosial məsuliyyət siyasəti çərçivəsində medianın inkişafı, ictimai maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətlərində davamlı layihələr həyata keçirir.
“Global Media Group” haqqında:
“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.