Haber Global "28. Zoom Uluslararası Haber Görüntüleri Yarışması"nda iki mükafata layiq görülüb

Türkiyə Xəbər Operatorları Dərnəyinin təşkilatçılığı ilə 1 avqust 2025-ci il tarixində keçirilən və bu il 28-ci dəfə baş tutan “Zoom Uluslararası Haber Görüntüleri Yarışması”nın nəticələri açıqlanıb.
11 nominasiyada 220 xəbər süjetinin qiymətləndirildiyi müsabiqədə “Global Media Group”a daxil olan “Haber Global” iki kateqoriya üzrə mükafata layiq görülüb.
Kanalın operatoru Çağrı Çalışkanın çəkdiyi və müxbir Mehmet Altunışıkın hazırladığı “Eve Dönüş” reportajı “Canlı yayım” nominasiyasında, kanalın kəşfiyyat rəhbəri Mücahit Topçu və operator Serdar Altıntepenin Dəməşqdə hazırladığı “Suriye Devrimi” reportajı isə “Dron xəbərləri” kateqoriyasında üçüncü yerə layiq görülüb.
Qaliblərə mükafatların 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.
Türkiye Haber Kameramanları Derneği 1996-cı ildən etibarən hər il ənənəvi olaraq ilin ən yaxşı xəbər görüntülərini müəyyənləşdirmək məqsədilə “Uluslararası Zoom Ödülleri” müsabiqəsini təşkil edir. Müsabiqə Türkiyə və xaricdən bu peşə ilə  bağlı qeyri-hökumət təşkilatları, birliklər və həmkarların iştirakı ilə internet üzərindən səsvermə yolu ilə keçirilir.