Kaspi qəzetinin əməkdaşı “Beynəlxalq Turizm Filmləri Festivalı 2025”in münsiflər heyətinə seçilib

“Global Media Group”a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova 2025-ci ilin 11 sentyabr tarixində “Beynəlxalq Turizm Filmləri Festivalı 2025”in münsiflər heyətinə üzv seçilib.
Festival çərçivəsində 36 ölkədən 70-dən çox səyahət jurnalisti “Ən təsirli turizm videofilmi” nominasiyası üzrə qiymətləndirmə aparacaq. Müsabiqənin birinci mərhələsi 10–30 sentyabr, ikinci mərhələsi isə 3–10 oktyabr tarixlərini əhatə edəcək. Mükafatlandırma mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Bu il münsiflər heyəti 23 ölkədən təqdim olunan 56 turizm təqdimat videosunu qiymətləndirəcək.