Global Media Group-un dəstəyi və Report İA-nın təşkilatçılığı ilə “Xocalı. Son toy…” bədii-sənədli filminin təqdimatı keçirilib
“Global Media Group”un dəstəyi və “Report” İnformasiya Agentliyinin təşkilatçılığı ilə 12 mart 2025-ci il tarixində “Xocalı. Son toy…” bədii-sənədli filminin təqdimatı keçirilib.
Filmin ideyası 1992-ci il 18 yanvar tarixində çəkilmiş bir toy fotosundan ilhamlanıb. Süjet xətti 33 il əvvəl Xocalının atəşə tutulması nəticəsində yarımçıq qalan son toy mərasiminin hekayəsinə əsaslanır.
Ekran əsərində Xocalı faciəsinin tarixi reallıqları bir ailənin taleyi fonunda təqdim olunur. Filmin sənədli kadrları Xocalıda, bədii hissəsi isə Ağsu rayonunda lentə alınıb.
Layihə rəhbəri “Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissor Yusif Ələkbərzadə, prodüser isə Fuad Hüseynəliyevdir.