Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiya müxtəlif media məktəblərini bir araya gətirir, tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edir.
Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiya müxtəlif media məktəblərini bir araya gətirir, tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edir. Report Media Məktəbi, Baku TV Rəqəmsal Media Məktəbi, Oxu.Az Media Məktəbi, Media.Az Media Məktəblərinin hər biri yüksək keyfiyyətli təlimin təmin edilməsinə və tələbələrin bilik əldə etmələrinə dəstək olmağa xüsusi diqqət yetirən qurumlardır. Report Media Məktəbini fərqlənmə ilə bitirən məzunların 10 % , Baku TV Rəqəmsal Media Məktəbini fərqlənmə ilə bitirən məzunların 25 % işlə təmin olunmuşdurlar.
Akademiyanın missiyası media və kommunikasiya sahəsində peşəkar kadrlar hazırlamaq, onlara müasir tendensiyalar, məzmun istehsalı, tənqidi düşüncə və media etikası bacarıqları qazandırmaqdır. Bununla da əmək bazarında media sahəsində kadr çatışmazlığının aradan qaldırılmasına öz töhfəsini verir.
Tələbələrin təhsil prosesində iştirakını təşviq edilməklə yanaşı, yekun biliklər qiymətləndirilir və müvəffəqiyyət qazanan məzunlar seçim turlarında birbaşa İR-ların iştirakı ilə işlə təmin olunurlar. Məzunlar təkcə məzun olduqları müəssisədə deyil, Global Media Group-un digər şirkətlərində də işlə təmin edilə bilərlər.
Report İnformasiya Agentliyinin fəaliyyəti və standartları
10 saatXəbər yazmaq, məqalə yazmaq, reportaj və redaktə etmə bacarıqları
45 saatİnteraktiv media məzmunlarının yaradılması
30 saatMəlumat toplama, mənbələri doğrulama və dərin araşdırma metodları
30 saatMüsahibə götürmək, suallar hazırlamaq və müsahibəni idarə etmək
10 saatJurnalistlərin hüquqları, məsuliyyətləri və etik qaydaları haqqında müzakirə
2 saatSosial mediada müvəffəqiyyətli strategiyalar və ictimaiyyətlə əlaqələr
10 saatBaku TV-nin fəaliyyəti və standartları
1 saatTeleviziyanın əsas iş prinsipi
1 saatDiksiya
12 saatSMM
12 saatEkstremal jurnalistika
3 saatÜnsiyyət növləri və üsulları. Emosional intellekt
12 saatMedia qanunvericiliyi və peşə etikası
6 saatSiyasi proseslər və geopolitik tendensiyalar
12 saatAparıcı kamera qarşısında. Müasir spikerlik sənəti
12 saatPR və kommunikasiya
12 saatTele-jurnalistika
12 saatVideo-montajın əsas iş prinsipi
1 saatVideo-operatorun əsas iş prinsipi
1 saatSahəsini dəyişmək istəyən və özünü media sahəsində görmək istəyənlər, ekran ulduzu olmağı arzulayanlar, Azərbaycan və rus dilini yaxşı səviyyədə bilən şəxslər müraciət edə bilər. Həqiqəti saxtasından ayırmağı öyrənmək üçün Media Məktəbinin qapıları hər birinizin üzünə açıqdır!