Global Media Group 2017-ci ildən fəaliyyət göstərən media-holdinqdir. Global Media Group-a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

Global Management 2020-ci ildən beynəlxalq idarəetmə sistemləri əsasında fəaliyyət göstərən autsorsinq şirkətidir.

Fəaliyyət istiqamətinə maliyyə və mühasibatlıq, marketinq və satış, informasiya texnologiyaları, satınalma və təchizat zənciri, insan resursları, hüquq xidməti, gömrük xidməti, keyfiyyət təminatı və keyfiyyətə nəzarət xidmətləri daxildir.

sayta keçid

“Haber Global” telekanalı 2018-ci ildən Türkiyənin ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərir.

Telekanal xəbər buraxılışları və proqramları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Telekanalın haberglobal.com.tr saytı Türkiyənin xəbər portalları arasında aparıcı yer tutur.

sayta keçid

“Report” İA Azərbaycanın ən böyük informasiya agentliklərindəndir.

“Report” üç dildə ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə baş verən hadisələr barədə məlumatları oxucularına çatdırır. Agentliyin Türkiyə, ABŞ, Rusiya, Fransa və Ukraynada büroları var.

sayta keçid

“Baku TV” 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir.

Əsas məqsədi dünyada və ölkədə baş verən önəmli xəbərləri tamaşaçılarına çatdırmaqdır. Ölkənin bütün bölgələri ilə yanaşı, kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukrayna büroları fəaliyyət göstərir.

sayta keçid

“BAKU.WS” informasiya agentliyi 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb.

Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən xəbərləri izləyicilərinə çatdırmaqdır. Qısa müddət ərzində “BAKU.WS” oxucuların rəğbətini və etimadını qazanaraq etibarlı məlumat mənbəyinə çevrilib.

sayta keçid

“Oxu.Az” xəbər saytı 2013-cü ildən fəaliyyətdədir.

Saytın məqsədi dünyada və ölkədə baş verən vacib, maraqlı xəbərləri operativ şəkildə oxuculara təqdim etməkdir. Sayt sutka ərzində üç dildə xəbərlər, analitik məqalələr, fotoreportaj və videoçarxlar hazırlayır.

sayta keçid

“Global Media Group”a daxil olan “Media.az” saytı 2018-ci ildən fəaliyyət göstərir.

“Media.az” ölkənin aparıcı xəbər portallarından biri olaraq xəbərləri rus dilində təqdim edir. Ən mühüm hadisələri işıqlandıran portal geniş oxucu auditoriyasına malikdir.

sayta keçid

“Kaspi” Azərbaycanın ən qədim qəzetlərindən biridir. Qəzet 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb.

“Kaspi” qəzetinin fəaliyyəti 1999-cu ildə bərpa edilib. “Kaspi” hazırda həftəlik, rəngli olmaqla Azərbaycan dilində 16 səhifədə çap olunur.

sayta keçid

"Каспий" qəzeti 1881-ci ildə təsis edilib və 1919-cu ilə qədər nəşr olunub.

Nəşr 1999-cu ildə yenidən işinə başlayıb. Bu gün "Каспий" həftəlik ictimai-siyasi qəzeti olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla nəşr olunur.

sayta keçid

“PhotoStock.az” portal 2021-ci ildən fəaliyyət göstərir.

Portal müxtəlif mövzularda, yüksək keyfiyyətli, geniş sahə üzrə fotoşəkillər təklif edir. Fotobank istifadəçilərinə yalnız eksklüziv fotolar təqdim edilir.

sayta keçid

Türkiyənin innovativ media və əyləncə platformasıdır. Texnologiya, sənət, moda və populyar mədəniyyət sahələrindəki ən son trendləri izləyərək, oxuculara unikal və keyfiyyətli məzmun təqdim edir. Gənc və dinamik auditoriyanı hədəfləyən Gloob kreativ yanaşması və interaktiv formatları ilə məlumatı daha əyləncəli və əlçatan edir.

sayta keçid

Türkiyənin yenilikçi xəbər və media platformasıdır. Cəmiyyət, texnologiya, biznes, mədəniyyət və həyat tərzi mövzularında obyektiv, dəqiq və sürətli xəbərlər təqdim edən Baroot oxucular üçün gündəmi hərtərəfli izləmək imkanı yaradır. Təkcə məlumat verməklə kifayətlənməyən platforma, eyni zamanda, analitik məqalələr, müsahibələr və reportajlarla genişlənən baxış bucağı təqdim edir.

sayta keçid

Türkiyənin qida və kulinariya platformasıdır. Yemək reseptlərindən restoranların analizlərinə, qida trendlərindən sağlam qidalanma tövsiyələrinə qədər geniş məzmun təqdim edən Foodeyo həm bu sahənin həvəskarları, həm də peşəkar aşpazlar üçün ilham mənbəyidir. Platforma yerli və dünya mətbəxinin ən yaxşılarını bir araya gətirərək, istifadəçilərə dadlı və keyfiyyətli təcrübə yaşatmağı hədəfləyir.

sayta keçid

Türkiyənin dinamik və müasir xəbər platformasıdır. Cəmiyyət, mədəniyyət, texnologiya, biznes və həyat tərzi mövzularında müxtəlif və aktual xəbərlər təqdim edən Moodlog oxucularına gündəlik həyatın ritmini əks etdirən keyfiyyətli məzmun çatdırmağı hədəfləyir. Trend mövzuları, dərin analizləri və kreativ yanaşması ilə fərqlənən sayt, xüsusilə gənc auditoriyanın informasiya tələbatını qarşılamağa yönəlib.

sayta keçid

Türkiyənin idman xəbər portalıdır. Futbol, basketbol, voleybol və digər idman növlərindən ən son xəbərləri, müsahibələri və analizləri təqdim edən Kontraspor istifadəçilərə obyektiv və dəqiq məlumatlar çatdırmağı hədəfləyir. Sayt, həm yerli, həm də beynəlxalq idman yarışlarını əhatə edərək, idmansevərlərə geniş perspektiv təqdim edir

sayta keçid

Vakansiyalarımız

“Global Media Group”a daxil olan şirkətlərin vakansiyaları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz. Yerləşdirilmiş bütün elanlar aktivdir.

təkliflərə bax

Rəsul Rza küçəsi 75, Winter Park Plaza, AZ 1014, Bakı, Azərbaycan Tel: +994125251313

[email protected]

to top