Əvvələ

Baku TV-nin 3 əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub

Noyabr 05, 2026
Əvvələ
Baku TV-nin 3 əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub

Prezident İlham Əliyev “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sənəd Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanıb.

Bu münasibətlə "Global Media Group"a daxil olan Baku TV-nin 3 əməkdaşı Elçin Əlibəyli, Gülnar Muradova və Jalə Ədilova Azərbaycanda medianın inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunublar.

Digər məqalələr