Bu gün "Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür. Bu müddət ərzində agentlik operativ, dəqiq və etibarlı informasiya mənbəyi kimi media məkanında möhkəm mövqe qazanıb.
12 illik etibarlı informasiya yolu
Fəaliyyətə başladığı ilk gündən "Report" İnformasiya Agentliyi auditoriyasına ölkədə və dünyada baş verən hadisələr barədə vaxtında və obyektiv məlumat çatdırmağı əsas missiya kimi müəyyənləşdirib. 12 il ərzində agentlik bu missiyaya sadiq qalaraq oxucularının etimadını qazanıb və onu qoruyub saxlayıb.
Operativlik, dəqiqlik və etibarlılıq
Report-un fəaliyyəti üç əsas prinsip üzərində qurulub: operativlik, dəqiqlik və etibarlı informasiya. Sürətlə dəyişən informasiya mühitində bu prinsiplər agentliyin redaksiya siyasətinin təməlini təşkil edir və onun peşəkar xəbər mənbəyi kimi tanınmasını təmin edir.
Xəbər daim dəyişir, dəqiqlik isə dəyişmir.