Əvvələ

Baku TV Rəqəmsal Media Məktəbinə qəbul başlayıb

Iyun 11, 2025
Əvvələ
Baku TV Rəqəmsal Media Məktəbinə qəbul başlayıb

“Global Media Group”a daxil olan “Baku TV” gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən ali təhsilli və 3–4-cü kurs tələbələri üçün “Rəqəmsal Media Məktəbi” sosial layihəsinə qəbul elan edir.
Üç ay davam edəcək proqram çərçivəsində nəzəri və praktiki təlimlər ödənişsiz əsaslarla keçiriləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq. Yüksək nəticə göstərən məzunlar üçün “Baku TV”də iş imkanı nəzərdən keçiriləcək.
Təlimlər aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:
    Jurnalistika üzrə peşə təlimləri – reportyorluq, redaktorluq və aparıcılıq üzrə nəzəri və praktiki dərslər;
    Sosial media marketinqi – müxtəlif rəqəmsal platformalarda effektiv fəaliyyət üçün zəruri bilik və bacarıqlar;
    Texniki təlimlər – foto və video çəkiliş, eləcə də audio və video montaj üzrə praktiki məşğələlər.
Son qeydiyyat tarixi: 25 iyun 2025-ci il.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Digər məqalələr