Global Management-in əməkdaşları ISO 31000:2018 sertifikatı əldə ediblər
“Global Media Group”a daxil olan “Global Management” autsorsinq şirkətinin əməkdaşları “ISO 31000:2018 – Risklərin İdarə Edilməsi üzrə Daxili Auditor” sertifikatı əldə ediblər.
2024-cü ilin 14 mayından etibarən üç gün davam edən təlim “TÜV Austria Azərbaycan” tərəfindən təşkil olunub.
ISO 31000:2018 standartı risklərin idarə edilməsi sisteminin qurulması və təkmilləşdirilməsi üçün beynəlxalq çərçivə təqdim edir. Standart risklərin qiymətləndirilməsi, qərarvermə prosesinin effektivliyinin artırılması və təşkilati məqsədlərə nail olunmasının dəstəklənməsini nəzərdə tutur. Bu yanaşma təşkilatlarda dəyərin qorunmasına və artırılmasına xidmət edir.
Qeyd edək ki, “Global Management” ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartları üzrə sertifikatlara malikdir.