Əvvələ
"Global Media Group Kuboku – 2024" minifutbol turniri yekunlaşıb
“Global Media Group”un təşkilatçılığı ilə 2024-cü il 21 may tarixində start verilən “Global Media Group Kuboku – 2024” minifutbol turniri yekunlaşıb.
Turnirdə “Baku TV” televiziya kanalı, “Global Management” autsorsinq şirkəti, “Report” İnformasiya Agentliyi, “Oxu.az” və “Baku WS” xəbər portallarının komandaları iştirak ediblər.
Final oyununda “Baku TV” komandası “Global Management” üzərində 3:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub və kuboka sahib çıxıb.
Turnirin keçirilməsində əsas məqsəd “Global Media Group”a daxil olan şirkətlər arasında korporativ əlaqələrin möhkəmləndirilməsi və əməkdaşların asudə vaxtının səmərəli təşkili olub. Tədbir çərçivəsində iştirak edən komandalar mükafatlandırılıb.
Qalereya