Əvvələ

Global Media Group-un media tərəfdaşlığı ilə “Fərqliliyin rəngi” festivalı keçirilib

Noyabr 05, 2025
Əvvələ
Global Media Group-un media tərəfdaşlığı ilə “Fərqliliyin rəngi” festivalı keçirilib

2025-ci ilin 5 noyabr tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Global Media Group”un media tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fərqliliyin rəngi” festivalı keçirilib.
Festival ölkədə tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təşviqi məqsədilə təşkil olunub.
Tədbirdə 33 dini icma, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, müxtəlif yəhudi icmaları, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması və Azərbaycan Bəhailəri Dini Mərkəzi iştirak edib.
Festival çərçivəsində dini icmaların fəaliyyətini əks etdirən sərgilər, ədəbiyyat nümunələri və əl işləri nümayiş olunub, həmçinin musiqi və rəqs proqramları təqdim edilib.
Tədbir Azərbaycanın çoxmədəniyyətli mühitini və tolerantlıq ənənələrini əks etdirən platforma kimi təşkil olunub.

 

Digər məqalələr