Əvvələ

Global Media Group-un tərkibində fəaliyyət göstərən bir neçə şirkət təkrar sertifikatlaşdırma auditini uğurla tamamlayıb

Dekabr 10, 2025
Əvvələ
Global Media Group-un tərkibində fəaliyyət göstərən bir neçə şirkət təkrar sertifikatlaşdırma auditini uğurla tamamlayıb

Global Media Group-un tərkibində fəaliyyət göstərən Global Management, Baku TV, Oxu.az və Report İnformasiya Agentliyi ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartları üzrə keçirilən təkrar sertifikatlaşdırma auditini uğurla tamamlayıb.

10–16 dekabr tarixlərində “TÜV Austria Azərbaycan” tərəfindən həyata keçirilən audit çərçivəsində şirkətlərdə tətbiq olunan İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyi yüksək səviyyədə qiymətləndirilib.

Audit zamanı rəhbərliyin liderliyi, öhdəliyi, düzgün resurs təminatı və strateji qərarların beynəlxalq standartlara uyğunluğu sübut edilib. Qeyd edək ki, Global Media Group-a daxil olan bütün bu qurumlar 2022-ci ildən etibarən sözügedən ISO sertifikatlarına malikdir.

Bu uğur Qrupun keyfiyyət, təhlükəsizlik və davamlı inkişaf dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirir.

Digər məqalələr