Global Media Group-a daxil olan şirkətlər arasında “Həngamə” intellektual oyunu keçirilib
27 may 2024-cü il tarixində “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları arasında “Həngamə” adlı intellektual oyun təşkil olunub.
Oyunda “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Media.az”, “Baku.ws” xəbər portalları, “Baku TV” televiziya kanalı, “Photostock” fotoxəbər agentliyi və “Global Management” autsorsinq şirkətinin əməkdaşları iştirak ediblər.
Püşkatma yolu ilə 10 komanda formalaşdırılıb. İki tur və final mərhələsindən ibarət olan oyun rəqabətli mübarizə şəraitində keçirilib. Nəticədə “Zəfər” komandası qalib elan olunaraq mükafatlandırılıb. İlk üç yeri tutan komandalar sertifikatlarla təltif edilib.
Tədbirin məqsədi “Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsi, həmçinin, asudə vaxtın səmərəli təşkili olub.