Global Media Group “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı” forumunun media tərəfdaşı olub
24–25 aprel 2025-ci il tarixlərində Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı” forumu regionun enerji, logistika və ticarət sektorları üçün mühüm müzakirə platforması kimi təşkil olunub. Forum ilk dəfə beynəlxalq “GLENMAR Group” şirkətinin himayəsi ilə keçirilib və qlobal və yerli neft-qaz şirkətlərini, treyderləri, dəmir yolu strukturlarını və dəniz nəqliyyatı sahəsinin nümayəndələrini bir araya gətirib.
Tədbir çərçivəsində bazarın volatilliyi, risklərin idarə olunması, maliyyələşdirmə mexanizmləri və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Forum Xəzər və Mərkəzi Asiya regionunun qlobal enerji bazarındakı roluna diqqət çəkib.
“Global Media Group” rəsmi media tərəfdaşı qismində forumun informasiya dəstəyini təmin edib.