Əvvələ
PhotoStock 5 illik fəaliyyətini qeyd edir
Bu gün “Global Media Group”a daxil olan "PhotoStock"un yaranmasından 5 il ötür. Qısa müddətdə peşəkar fəaliyyəti, operativliyi və güclü vizual hekayəçiliyi ilə Azərbaycanın aparıcı fotoxəbər agentliklərindən birinə çevrilən "PhotoStock" minlərlə hadisəni tarixin yaddaşına həkk edib. Dövlət əhəmiyyətli tədbirlərdən beynəlxalq platformalara qədər uzanan uğurlu fəaliyyət yolu boyunca "PhotoStock" hər kadrda peşəkarlığı və məsuliyyəti əks etdirib.