Əvvələ

Report İnformasiya Agentliyinin Balkan ölkələri üzrə bürosu fəaliyyətə başlayıb

Yanvar 30, 2026
Əvvələ
Report İnformasiya Agentliyinin Balkan ölkələri üzrə bürosu fəaliyyətə başlayıb

“Global Media Group”a daxil olan “Report” İnformasiya Agentliyinin Balkan ölkələri üzrə bürosu fəaliyyətə başlayıb.
Büro Serbiyanın paytaxtı Belqradda yerləşir. Yeni nümayəndəlikdə agentliyin xüsusi müxbiri Sayad Həsənli fəaliyyət göstərəcək.
Balkan bürosu agentliyin sayca doqquzuncu xarici nümayəndəliyidir. Bununla da “Report”un xarici bürolarının coğrafiyası daha da genişlənib. Hazırda agentliyin ABŞ, Fransa, Belçika, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Qazaxıstanda da nümayəndəlikləri  fəaliyyət göstərir.

Digər məqalələr