Əvvələ
Report İnformasiya Agentliyinin Belçikanın paytaxtı Brüsseldə yeni bürosu fəaliyyətə başlayıb
“Global Media Group”a daxil olan “Report” İnformasiya Agentliyinin 22 may 2025-ci ildə Belçikanın paytaxtı Brüsseldə yeni bürosu fəaliyyətə başlayıb. Yeni büroya rəhbər olaraq “Report” agentliyinin baş redaktorunun müavini Kəmalə Mustafayeva təyin edilib.
Xatırladaq ki, bu "Report"un 8-ci xarici bürosudur. Bundan əlavə, ABŞ-da, Fransada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.