Global Management “Vergi və Mühasibatlıq Zirvəsi”ndə təmsil olunub

“Global Media Group”a daxil olan “Global Management” autsorsinq şirkəti 1 mart 2025-ci il tarixində “Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən 3-cü “Vergi və Mühasibatlıq Zirvəsi” iştirak edib.


Tədbir vergi və mühasibatlıq sahəsində aktual məsələlərin müzakirə olunduğu platforma kimi baş tutub. “Hesabın gücü” şüarı ilə keçirilən tədbirdə sahənin mütəxəssisləri trendlər, texnoloji yeniliklər və gələcək strategiyalar ətrafında fikir mübadiləsi aparıblar.


“Global Management” tədbirdə öz stendi ilə iştirak edərək maliyyə, mühasibatlıq və konsaltinq xidmətləri üzrə təqdim etdiyi həlləri ziyarətçilərə təqdim edib.


Zirvə çərçivəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub və peşəkar təcrübə mübadiləsi aparılıb.
“Global Management” sektorda baş verən yenilikləri izləmək və müştərilərinə müasir həllər təqdim etmək istiqamətində fəaliyyətini davam etdirir.