Global Media Group 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin media tərəfdaşı olub

“Global Media Group” 2025-ci ilin 18–21 iyun tarixlərində KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin media tərəfdaşı olub.

Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edib. Tədbir məhsul və xidmətlərin təqdimatı, yeni bazarlara çıxış imkanlarının yaradılması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün platforma rolunu oynayıb.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin tanıdılmasına, yeni biznes əlaqələrinin qurulmasına və ölkədə biznes ekosisteminin gücləndirilməsinə dəstək vermək olub.