Global Media Group-a daxil olan media şirkətləri mühüm uğurlar əldə ediblər
Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində dövlət qurumları, özəl şirkətlər və ictimai təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə “Global Media Group”a daxil olan media qurumları müxtəlif mükafatlara layiq görülüblər.
“Əkinçi – 150 il: Tariximizin sözüdür” adlı tədbirdə “Baku TV” və “Haber Global” telekanalları “Sözümüz tariximizdir” nominasiyası üzrə xüsusi mükafatla təltif olunublar.
Bununla yanaşı, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda keçirilən araşdırma müsabiqəsində qalib elan olunub. Həmin müsabiqədə “Oxu.az” xəbər portalının əməkdaşı Məhərrəm Əliyevin məqaləsi də münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.