Global Media Group-a daxil olan media şirkətlərinin rəhbərləri “Global CEO Summit 2025”də iştirak ediblər
“Global Media Group”a daxil olan media şirkətlərinin rəhbərləri 25 fevral 2025-ci il tarixində Azərbaycanda keçirilən “Global CEO Summit 2025”də iştirak ediblər.
“Azerbaijan HR Institute”nin təşkilatçılığı ilə keçirilən sammitdə yerli şirkət rəhbərləri, sahibkarlar və biznes nümayəndələri bir araya gəliblər. Tədbirin əsas media tərəfdaşı “Global Media Group”a daxil olan “Baku TV” olub.
Sammit çərçivəsində liderliyin yeni mərhələsi, süni intellektin idarəetmədə rolu və insan mərkəzli liderlik modelləri ilə bağlı mövzular müzakirə olunub.