Global Media Group-a daxil olan şirkət əməkdaşlarının övladları Azərbaycan Hava Yollarının (AZAL) ekskursiyasında iştirak ediblər

“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşlarının övladları “Azərbaycan Hava Yolları”nın (AZAL) korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində təşkil olunan ekskursiyada iştirak ediblər.
Heydər Əliyev Beynəlxalq Aeroportuna təşkil edilən səfər zamanı uşaqlar aerovağzal kompleksini ziyarət edib, aviasiya infrastrukturu və hava limanının fəaliyyəti ilə yaxından tanış olublar.
Gənc ekskursiya iştirakçılar üçün həm maarifləndirici, həm də praktiki tanışlıq imkanı yaradıb.