Global Media Group “Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu 2024”nda iştirak edib

“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5 may 2024-cü il tarixində “Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu 2024”də iştirak ediblər.
Yeddinci dəfə keçirilən marafonda 18 mindən çox iştirakçı yarışıb. “Baku TV” televiziya kanalı və “Oxu.az” xəbər portalının əməkdaşları ilk 3 min iştirakçı sırasında yer alıblar. Tədbir sağlam həyat tərzinin təşviqi və ictimai fəallığın artırılması məqsədi daşıyıb.