Haber Global "Anadolu Media Mükafatı"na layiq görülüb

5 iyun 2024-cü il tarixində Türkiyədə Anadolu Media Mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə "İlin xəbər kanalı" mükafatı “Global Media Group”a daxil olan "Haber Global" televiziya kanalının yayım rəhbəri Taha Dağlıya verilib. Taha Dağlıya mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.
Qeyd edək ki, bu il səkkizinci dəfə təşkil edilən mərasim Türkiyə Prezidenti iqamətgahında baş tutub.
Anadolu Media Mükafatı Türkiyə Mətbuat Federasiyası tərəfindən hər il təşkil edilən, yerli və beynəlxalq media nümayəndələrini müxtəlif nominasiyalar üzrə təltif edən nüfuzlu tədbirdir.