Peşəkar Media Məktəbinin I mərhələsi uğurla başa çatdı
Global Media Group-un həyata keçirdiyi "Media Akademiya" layihəsi çərçivəsində təşkil edilən "Peşəkar Media Məktəbi"nin I mərhələsi uğurla başa çatdı.
3 ay davam edən intensiv təlim proqramı çərçivəsində iştirakçılar media sahəsinin müxtəlif istiqamətləri üzrə - jurnalistika, SMM, kontent istehsalı, video-montaj, operator işi, fotoqrafiya və digər sahələrdə nəzəri biliklər və praktiki bacarıqlar əldə etdilər.
Təlimlər təcrübəli mütəxəssislər tərəfindən keçirildi. İştirakçılar həm fərdi tapşırıqlar, həm də komandalar şəklində real layihələr üzərində işləyərək öyrəndiklərini tətbiq etmək imkanı qazandılar.
Tədris proqramını uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olundu. Fərqlənən iştirakçılar təlim dövründə real iş mühitində təcrübə keçmək fürsəti əldə etdilər. Təlimləri başa vurduqdan sonra isə bir neçəsi media sahəsində iş fəaliyyətinə başlayıb.
Qeyd edək ki, "Peşəkar Media Məktəbi"nin növbəti mərhələləri üçün hazırlıqlar artıq başlayıb. Məqsəd yeni nəsil media peşəkarlarının yetişdirilməsi və onların bu sahədə dayanıqlı şəkildə inkişafına dəstək olmaqdır.