Gənclər və İdman Nazirliyi Report İnformasiya Agentliyini və əməkdaşını mükafatlandırıb
“Global Media Group”a daxil olan “Report” İnformasiya Agentliyi idman sahəsinin işıqlandırılması na görə üçüncü yerə layiq görülüb.
Agentliyin əməkdaşı Samirə Həsənova isə “Ən yaxşı fotoqraf” nominasiyası üzrə üçüncü yerə layiq görülüb.
Qaliblər idman qurumları arasında keçirilən sorğunun nəticələrinə əsasən müəyyənləşdirilib. Mükafat “Report”un İdman şöbəsinin rəhbəri Kənan Həsənova təqdim edilib.