Əvvələ
Əvvələ
KSM

KSM

“Global Media Group”un KSM siyasəti şirkətlər qrupunun strateji hədəfləri, missiyası və dəyərləri ilə tam şəkildə uzlaşır. Şirkət üçün KSM siyasəti cəmiyyətlə bölüşdüyü dəyərlərin təzahürüdür. Qrup cəmiyyətin inkişafına dəstək məqsədilə maraqlı tərəflərlə uzunmüddətli və nəticəyönümlü əməkdaşlıqlar qurur, sosial layihələrin həyata keçirilməsinə aktiv şəkildə töhfə verir. Media sektorunun dayanıqlı inkişafı isə “Global Media Group”un KSM siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilir və bu istiqamətdə ardıcıl təşəbbüslər həyata keçirilir.