Baku TV 8 illik fəaliyyətini qeyd edir
“Global Media Group”a daxil olan “Baku TV” televiziya kanalı 8 illik fəaliyyətini qeyd edir.
18 fevral 2026-cı il tarixində “Global Media Group”a daxil olan “Baku TV” televiziya kanalı 8 illik fəaliyyətini qeyd edir.
Fəaliyyətə başladığı ilk gündən etibarən operativ və dinamik xəbər yayımı ilə seçilən kanal qısa müddətdə ölkənin informasiya məkanında möhkəm və etibarlı mövqe qazanıb. Günün aktual hadisələrini sürətli, dəqiq və balanslı şəkildə təqdim etməsi, həm ölkə daxilində, həm də beynəlxalq gündəmdə baş verən prosesləri çevik şəkildə işıqlandırması “Baku TV”nin əsas fərqləndirici xüsusiyyətlərindəndir.
Bu gün “Baku TV” sürətli və operativ informasiya təminatı, ictimai-siyasi, sosial və regional mövzuların işıqlandırılması, həmçinin, rəqəmsal platformalarda auditoriya əhatəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.