Baku TV YouTube-da 4 milyard baxış həddini keçdi
“Global Media Group”a daxil olan Baku TV YouTube platformasında növbəti böyük rekorda imza atıb.
Beynəlxalq analitik platforma “SocialBlade”in məlumatlarına əsasən, Baku TV-nin Azərbaycan və rusdilli YouTube kanallarının fəaliyyətə başladığı gündən bu günədək topladığı ümumi baxış sayı 4 milyardlıq tarixi həddi keçib.
Belə ki, iki kanal üzrə ümumi baxış sayı 4 031 131 815 təşkil edib. Bu göstəricinin dil bölmələri üzrə paylanması belədir:
- Baku TV – 2 290 467 778 baxış;
- Baku TV RU – 1 740 664 037 baxış.
Bununla yanaşı, Baku TV-nin YouTube platformasındakı ümumi abunəçi auditoriyası 3,3 milyonu ötüb.
Baku TV operativ xəbər istehsalı, eksklüziv analitik materiallar, müsahibələr və xüsusi reportajları ilə geniş auditoriyaya çatdırdığı məzmunu rəqəmsal platformalarda da uğurla təqdim edir. Kanalın yayımları rəqəmsal platformalarla yanaşı, bütün yerli provayderlər və “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada da izlənilə bilir.
Qeyd edək ki, Baku TV 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, eləcə də canlı yayımları müxtəlif dillərdə auditoriyaya təqdim edir.
Baku TV-nin YouTube kanallarının göstəriciləri barədə daha ətraflı məlumatı SocialBlade platformasındakı statistika səhifəsindən əldə etmək mümkündür.
Baku TV haqqında ətraflı məlumat üçün baku.tv saytına müraciət edə bilərsiniz.