Əvvələ
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 13 may 2026-cı il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb. Qalib olanlar arasında "Global Media Group"a daxil olan şirkət əməkdaşları da yer alır:
"Oxu Az" əməkdaşı Məhərrəm Əliyev "Ən yaxşı reportaj";
"Report" İnformasiya Agentliyinin əməkdaşları Sevil Gülməmmədova "Ən yaxşı ictimai-siyasi təhlil", Səlcuq Elçin "Ən yaxşı jurnalist araşdırması";
"Kaspi" qəzetinin əməkdaşı Aygün Cəfərova "Ən yaxşı müsahibə";
"Baku TV" əməkdaşları Sümbül Hüseynova "Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj", Ceyhun Piriyev "Ən yaxşı sosial-iqtisadi reportaj" kateqoriyaları üzrə qalib oldu.