Baku TV-nin “YouTube” kanalı 2 milyard baxışı ötüb
“Global Media Group”a daxil olan "Baku TV"nin “YouTube” kanalı 2 milyard baxışı ötüb.
"SocialBlade" beynəlxalq analitik platformasının statistik göstəricilərinə əsasən, "Baku TV"nin "YouTube" kanalı baxış sayına görə Azərbaycan üzrə "Xəbərlər və siyasət" kateqoriyasında birinci yerdə qərarlaşıb.
Ənənəvi televiziya fəaliyyəti ilə yanaşı, rəqəmsal platformalar üzrə əldə olunan nəticələr "Baku TV"nin ölkənin onlayn media məkanında lider mövqeyini möhkəmləndirib. Kanal baxış göstəricilərinə görə Azərbaycanın ən çox izlənilən xəbər və informasiya platformalarından biri hesab olunur.
"Baku TV"də yayımlanan operativ xəbərlər, analitik proqramlar, müsahibələr və xüsusi reportajlar geniş auditoriya tərəfindən izlənilir. Kanal gündəlik informasiya axınını işıqlandırmaqla yanaşı, ictimai-siyasi proseslər, sosial mövzular və regional hadisələrlə bağlı materiallar təqdim edir.
"Baku TV"ni sosial media platformaları ilə yanaşı, bütün yerli provayderlər vasitəsilə, həmçinin "Azərspace" peyki üzərindən Avropa və Asiyada izləmək mümkündür.