Əvvələ
Haber Global İstanbul Aydın Universitetinin 18-ci “Kommunikasiya Mükafatları” mərasimində iki mükafat qazanıb
“Global Media Group“a daxil olan “Haber Global” televiziya kanalı İstanbul Aydın Universitetinin 18-ci “Kommunikasiya Mükafatları” mərasimində iki mükafat qazanıb.
Tələbələrin səsverməsi nəticəsində “Haber Global” “İlin ən yaxşı xəbər kanalı” seçilib. Həmçinin, telekanalın kəşfiyyat xəbərləri şöbəsinin rəhbəri Mücahit Topçu “İlin ən yaxşı müharibə müxbiri” mükafatına layiq görülüb.