Əvvələ
Global Media Group “Müasir İnformasiya Məkanı və Dini Etiqad Azadlığı” konfransının media tərəfdaşı olub
“Global Media Group” 2025-ci ilin 15–16 iyul tarixlərində Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə keçirilən “Müasir İnformasiya Məkanı və Dini Etiqad Azadlığı” mövzusunda konfransın media tərəfdaşı olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyi tərəfindən Şamaxı şəhərində təşkil olunan konfransda “Global Media Group”a daxil olan media şirkətləri fəal iştirak edib və tədbirin informasiya dəstəyini təmin edib.
Konfrans çərçivəsində panel müzakirələr keçirilib, həmçinin ibadət məkanlarına media tur təşkil olunub.
Qalereya