Global Media Group-un 55 əməkdaşı yubiley medalı ilə təltif olunub
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə “Global Media Group”a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də milli mətbuatın inkişafına verdikləri töhfələrə görə mükafata layiq görülüblər.
Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib. Təltif milli mətbuatın tarixi missiyasına və jurnalist əməyinə verilən dövlət qiymətinin ifadəsidir.
“Global Media Group” üzrə yubiley medalı ilə təltif olunan əməkdaşlar aşağıdakı media qurumlarını təmsil edirlər:
– “Baku TV” televiziya kanalı – 10 nəfər
– “Report” İnformasiya Agentliyi – 14 nəfər
– “Oxu.az” xəbər portalı – 9 nəfər
– “Baku.ws” xəbər portalı – 5 nəfər
– “Caliber” xəbər portalı – 6 nəfər
– “Media.az” xəbər portalı – 1 nəfər
– “Kaspi” qəzetinin Azərbaycan redaksiyası – 4 nəfər
– “Kaspi” qəzetinin rus redaksiyası – 3 nəfər
– “PhotoStock” fotobankı – 1 nəfər
Təltiflər milli mətbuatın inkişafına verilən töhfənin və peşəkar jurnalist fəaliyyətinin qiymətləndirilməsi kimi dəyərləndirilir.