Əvvələ
Haber Global-ın əməkdaşları Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafata layiq görülüblər
6 may 2025-ci il tarixində təşkil olunan 10-cu Anadolu Media Mükafatları çərçivəsində “Global Media Group”a daxil olan “Haber Global”ın baş redaktoru Taha Dağlı və ilin idman proqramı seçilən “Kontra”nın şərhçisi Nihat Kahveci mükafata layiq görülüblər.
Mükafatlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub. “Anadolu Basın Federasyonu” tərəfindən təşkil olunan tədbirdə media sahəsində fərqlənən nümayəndələr təltif edilib.
Anadolu Media Mükafatı Türkiyə Mətbuat Federasiyası tərəfindən hər il təşkil edilən, yerli və beynəlxalq media nümayəndələrini müxtəlif nominasiyalar üzrə təltif edən nüfuzlu tədbirdir.
Qalereya