Əvvələ

“Kağız gətir, kitab apar” sosial-ekoloji layihəsi V Uşaq Kitab Festivalında iştirak edib

May 17, 2026
Əvvələ
“Kağız gətir, kitab apar” sosial-ekoloji layihəsi V Uşaq Kitab Festivalında iştirak edib

"Global Media Group"un media tərəfdaşı olduğu “Kağız gətir, kitab apar” sosial-ekoloji layihəsi V Uşaq Kitab Festivalında iştirak edib.

Bakı İdman Sarayında keçirilən V Uşaq Kitab Festivalı çərçivəsində təşkil olunan “Kağız gətir, kitab apar” sosial-ekoloji aksiyası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Layihə uşaqlarda ekoloji düşüncənin formalaşdırılması, tullantıların düzgün idarə olunması vərdişlərinin təşviqi və mütaliəyə marağın artırılması məqsədi daşıyır.

Aksiya zamanı məktəblilər evlərindən topladıqları tullantı kağızları festivala təqdim edərək əvəzində yeni kitablar əldə ediblər. Toplanan tullantılar isə təkrar emal üçün “Təmiz Şəhər” ASC-yə təhvil verilib. Təşəbbüs həm ekoloji məsuliyyətin artırılması, həm də uşaqlar arasında kitab oxuma mədəniyyətinin təşviqi baxımından mühüm sosial mesaj verib.

Festival iştirakçıları və valideynlər aksiya ilə bağlı müsbət fikirlərini bölüşərək bu cür təşəbbüslərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, sosial-ekoloji layihələr gənc nəslin maarifləndirilməsində və ətraf mühitə qarşı həssas yanaşmanın formalaşdırılmasında mühüm rol oynayır.

Layihə çərçivəsində ekoloji təqvim günlərində, kitab sərgilərində və müxtəlif ictimai məkanlarda oxşar aksiyaların davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Kağız gətir, kitab apar” sosial-ekoloji layihəsi “Təmiz Şəhər” ASC və Bakı Avropa Liseyinin təşkilatçılığı ilə, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Global Media Group, Global Management, Bravo Supermarket, Smart Waste MMC, Chapar Poliqrafiya, Gilavar Foto Klubu, EcoHub və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Digər məqalələr