Əvvələ

Oxu.Az 13 illik fəaliyyətini qeyd edir

Iyul 01, 2026
Əvvələ
Oxu.Az 13 illik fəaliyyətini qeyd edir

Bu gün “Global Media Group”a daxil olan Oxu.Az xəbər portalının fəaliyyətə başlamasından 13 il ötür.

13 il əvvəl əsası qoyulan Oxu.Az qısa müddətdə operativ xəbərləri, çoxdilli fəaliyyəti və müasir rəqəmsal media yanaşması ilə Azərbaycanın ən geniş auditoriyaya malik xəbər platformalarından birinə çevrilib. Portal bu gün də ölkədə və dünyada baş verən ən mühüm hadisələri milyonlarla oxucu və izləyiciyə operativ, dəqiq və etibarlı şəkildə çatdırmağa davam edir.

Oxu.Az-ın uğurlu inkişafında peşəkar komandanın fəaliyyəti, məsuliyyətli jurnalistika prinsiplərinə sadiqlik və oxucuların etimadı mühüm rol oynayıb. Bu dəyərlər portalın media məkanında mövqeyini daha da möhkəmləndirib və onun dinamik inkişafını təmin edib.

 

 

Digər məqalələr