Report Media Məktəbinə qəbul başlayıb
“Global Media Group”a daxil olan “Report” İnformasiya Agentliyi media sahəsində karyera qurmaq istəyən şəxslər üçün “Media Məktəbi” layihəsinə qəbul elan edir.
2,5 ay davam edəcək təlim proqramı çərçivəsində iştirakçılara aşağıdakı istiqamətlər üzrə nəzəri və praktiki biliklər təqdim olunacaq:
- Xəbər yazımı və redaktə prinsipləri;
- İnteraktiv media məzmununun hazırlanması;
- Məlumat toplama və araşdırma metodları;
- Müsahibənin hazırlanması və aparılması;
- Jurnalist etikası və hüquqları;
- Sosial media strategiyaları.
Qeyd edək ki, “Report” İA-nın “Media Məktəbi” layihəsinin məzunları hazırda ölkənin müxtəlif aparıcı kütləvi informasiya vasitələrində fəaliyyət göstərirlər.
Son qeydiyyat tarixi: 5 fevral 2025-ci il.
Müraciət etmək istəyən namizədlər elektron məktubun mövzu hissəsində “Report Media Məktəbi” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.